Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirən, daha sonra İtaliyada Marangoni Universitetində Luxury Interior Design üzrə ixtisaslaşan memar və interyer dizayneri Aysel Mahmudlu, hal-hazırda memarlıq və dizayn sahəsindəki uğurları ilə tanınır. O, “Azul Bureau” adlı dizayn bürosunun yaradıcısıdır və komandası ilə birgə müxtəlif memarlıq, interyer dizaynı və tikinti layihələrini həyata keçirir.
Aysel Mahmudlu və komandası, Azərbaycanın ən böyük məscidi olan “Heydər Məscidi”-ni Naxçıvanda tikərək böyük bir uğura imza atıblar. Bu layihə 15 iyul 2022-ci ildə tamamlanıb və məscid, öz möhtəşəmliyi və arxitekturası ilə diqqət çəkir.
Bundan əlavə, Mahmudlu bir çox otellər, restoranlar və fərdi yaşayış evlərinin dizaynını həyata keçirib və özünə geniş bir müştəri bazası qazanıb. Ən yeni uğuru isə, 2024-cü ildə İtaliyanın məşhur mebel brendi Asnaghi Interiors ilə əməkdaşlığa başlamasıdır. Aysel Mahmudlu, bu brend üçün xüsusi dizayn etdiyi mebelləri "Aysel by Asnaghi Interiors" kolleksiyası adı ilə təqdim edir. Kolleksiya, 2024-cü ilin aprel ayında Milanda keçiriləcək "ISaloni" sərgisində nümayiş etdiriləcək və xarici müştərilər tərəfindən böyük maraqla qarşılanması gözlənilir.
Aysel Mahmudlu, dizayn dünyasında ardıcıl olaraq daha böyük uğurlar əldə edərək, beynəlxalq səviyyədə tanınan bir peşəkar olaraq yoluna davam edir. Onun karyera yolunda uğurlar arzulayırıq.