2024-cü il 3 dekabr tarixində Four Seasons otelində keçirilən, Millionaire Concept-in ev sahibliyi etdiyi gala gecəsində Epatage şirkəti də iştirakçılar arasında yer almışdır. Epatage parfüm şirkəti öz əl işlərini nümayiş etdirərək iştirakçılara hazırladıqları qoxuları sınamaq fürsəti təqdim etmişdir. Brendin qurucusu və nümayəndəsi Bayram Məmmədov tədbirdə iştirak edərək mükafat alan şəxslərdən biri olmuşdur.
Necə göründüyümüz qədər, necə qoxduğumuz da çox önəmlidir. İnsanlar keçib gedər, qoxusu isə yaddaşlarda qalar. “Epatage: parfümlə sən də öz qoxunu seç!” sloqanı ilə brend Azərbaycanın öndə gedən qoxu markalarından birinə çevrilmişdir. Epatage parfümləri, 20 ildən artıq təcrübəyə malik peşəkar komanda tərəfindən hazırlanmışdır. 2023 və 2024-cü illərdə ardıcıl olaraq brendin ilk seriyaları olan “Gold Sand” və “Platinium Star” unisex ətir kolleksiyaları təqdim edilmişdir.
Epatage parfümlərinin hər bir nümunəsi xüsusi diqqət və özünəməxsus yanaşma ilə dizayn edilmişdir. Qısa müddət ərzində Azərbaycan ətir bazarında keyfiyyəti və fərqliliyi ilə seçilən bu ətirləri, Ağ Şəhərin mərkəzində yerləşən eksklüziv “Epatage” butikindən əldə etmək mümkündür. Yaxın gələcəkdə daha üç yeni kolleksiya, otaq ətirləri, ekoloji təmiz premium şamlar, bədən parfümləri və losyonların istehsalı planlaşdırılır.Epatage brendinin məqsədi, Azərbaycan brendi olaraq Yaxın Şərq, Mərkəzi Asiya və Qərbi Avropa bazarlarına daxil olmaq, ölkəmizin adı altında yüksək keyfiyyətli məhsullarla müxtəlif xalqlar arasında rəğbət qazanmaqdır.
3 dekabr 2024-cü ildə Millionaire Concept tərəfindən təşkil edilmiş gala gecəsində Epatage-in fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Brendin qurucusu Bayram Məmmədov səhnəyə çıxaraq mükafatı qəbul etmişdir.