Millionaire Concept tərəfindən mükafatlandırılan simalardan biri də Raisa Əzizova olmuşdur. O, 3 dekabr 2024-cü ildə Millionaire Concept-in 5 illiyinə həsr olunmuş yubiley qala gecəsində iştirak etmişdir.
Raisa Əzizova 11 noyabr 1983-cü ildə anadan olmuşdur. O, 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) pedaqoji ixtisası üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra 2 il müddətində özəl kurslarda müəllimə kimi fəaliyyət göstərmişdir.
2016-cı ildən etibarən Raisa Əzizova öz sevdiyi sahə olan stylist-vizajist fəaliyyətinə başlamışdır. O, gözəllik sənətinə olan sevgisi və peşəkarlığı ilə bu sahədə fərqlənir və öz biliklərini tələbələrinə ötürməklə sektorda nüfuz qazanmışdır.
Raisa xanımın əsas məqsədi gözəllik sahəsində daha da irəliləmək, yeni texnikaları mənimsəmək və bu bilikləri gənc nəslə ötürməkdir. Onun üçün ən böyük uğur, bu sahədə yetişdirdiyi tələbələrinin nailiyyətləri və müvəffəqiyyətləridir.
“Öyrənmək və öyrətmək, yeni uğurlara doğru addımlamaq” onun fəaliyyətinin əsas prinsiplərindən biridir. Raisa Əzizova, həm təcrübəli bir stilist-vizajist, həm də bacarıqlı bir təlimçi kimi tanınır və gələcəkdə də bu sahədə öz töhfələrini verməyə davam edəcəkdir.