“Fernando & Rafael” Memarlıq və Dizayn şirkətinin təsisçisi və rəhbərlərindən biri, azərbaycanlı memar Rafael Abbasovdünyanın nüfuzlu qlobal iqtisadi layihələrindən Investopia Europe 2024-də iştirak edib. 

Mayın 10-da İtaliyanın Milan şəhərində baş tutan  qlobal tədbirdə iqtisadiyyat sahəsinin liderləri, rəhbərlər, investorlar və iş adamları bir araya gəlib.Palazzo Mezzanotte-də gerçəkləşən qlobal layihə iqtisadiyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verib. 

Layihə çərçivəsində Rafael Abbasov, İtaliyanın iqtisadiyyat naziri Adolfo Urso və BƏƏ-nin İqtisadiyyat naziri Abdulla bin Touq Al Marri ilə beynəlxalq əməkdaşlıq mövzusunda müzakirələr aparıb. Beynəlxalq arenada Azərbaycanı layiqincə edən gənc memar, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına diqqət çəkib.

Qeyd edək ki, İtaliyan intibah memarlığının Azərbaycan klassikası ilə ideal sintezi olan “Fernando & Rafael” memarlıq sahəsində dünyamiqyaslı layihələrə imza atır.